"Araz-Naxçıvan" klubu bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirəcək.
B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı növbəti sınağında Rumıniyanın "Yunayted Qalati" komandası ilə qarşılaşacaq. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Görüşü Sloveniyadan olan referi Deyan Veseliç idarə edəcək.
Qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu 3-cü pillədə qərarlaşıb. Kosovo "Ligeni"si ilə dueldən məğlub ayrılan Rumıniya təmsilçisi isə sonuncudur.
Çempionlar Liqası, əsas mərhələ
B yolu, 6-cı qrup
II tur
18:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Yunayted Qalati" (Rumıniya)
Baş hakim: Deyan Veseliç (Sloveniya)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu qrupun digər matçında "Uraqan" və "Ligeni" komandaları üz-üzə gələcək.
"Report"
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar