İspaniyanın "Barselona" klubunda əsas komandanın müvəqqəti baş məşqçisi bəlli olub.
“İki sahil” xəbər verir ki, əvəzedici heyətə rəhbərlik edən Serxi Barxuan yeni təyinat gerçəkləşənədək əsas komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, sabiq baş məşqçi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Qətərin "Əl Sədd" klubunda işləyən Xavi Ernandesin İspaniya nəhənginə baş məşqçi təyin olunacağı gözlənilir.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar