28 oktyabr 2021 10:24
925

“Bavariya” 43 ildən sonra böyük hesabla məğlub olub

“Bavariya” Almaniya kubokunu 1/16 final mərhələsində Mönhenqladbax “Borussiya”sına böyük hesabla məğlub olub.

“İki sahil” xəbər verir ki, münhenlilər uzun fasilədən sonra darmadağına üzülüb.

Səfərdə 0:5 hesablı məğlubiyyətə düçar olan “Bavariya” 43 ildən sonra ilk dəfə belə biabırçı yenilgi alıb. Komanda sonuncu dəfə 1978-ci ilin dekabrında “Fortuna” önündə bu durumla üzləşib. Həmin vaxt Münhen təmsilçisi 1:7 hesabı ilə uduzub.

Qeyd edək ki, “Bavariya” axırıncı dəfə 2008-ci ildə “Bavariya” ilə qarşılaşmada 5 qol buraxıb (2:5).