Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın Uruqvay millisində karyerasını bitirəcəyi vaxt bəlli olub.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını sonlandıracaq.
Təcrübəli oyunçu sıx qrafiklə əlaqədar ailəsinə vaxt ayıra bilməməsi ucbatından bu addımı atır.
Qeyd edək ki, Fernando Muslera 2009-cu ildən Uruqvay millisinin formasını geyinir. O, komandanın heyətində 129 qarşılaşmada meydanda olub.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar