Qazaxıstan Futbol Federasiyası "Astana" klubunun baş məşqçisi Andrey Tixonovu cəzalandırıb.
“İki sahil” xəbər verir ki, buna rusiyalı mütəxəssisin "Kayrat"a 0:1 hesabı ilə uduzduqları çempionat oyununda rəqib komandaya hörmətsizlik etməsi səbəb olub.
51 yaşlı baş məşqçi ilk hissənin sonlarında futbolçularını meydandan çıxarıb. Nəticədə görüşdə məcburi fasilə yaranıb.
Federasiya bu hərəkətinə görə Tixonovu öz bayrağı altında keçirdiyi yarışlardan 2 il müddətinə diskvalifikasiya edib. Cəza müddəti oktyabrın 25-dən hesablanır.
Qeyd edək ki, "Kayrat" "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu III turda Bakıda Almatı təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında növbəti görüş noyabrın 4-də Qazaxıstanda keçiriləcək.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar