27 oktyabr 2021 12:35
812

"Barselona" Fatini yenidən itirdi

 "Barselona"nın futbolçusu Ansu Fati yenidən zədələnib.

"İki sahil" Kataloniya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu  La Liqanın 10-cu turunda "Real"la keçirilən oyunda (1:2) xəsarət alıb. Onun çempionatın növbəti turunda "Rayo Valyekano" ilə görüşü buraxacağı bildirilib.

Qeyd edək ki, Ansu Fati zədə səbəbindən ötən ilin noyabrından meydna çıxmırdı. O, ötən ay sıraya qoşulmuşdu.