27 oktyabr 2021 11:47
721

Poqba Sulşeri təhqir edib

"Mançester Yunayted"in futbolçusu Pol Poqba baş məşqçisi Ule Qunnar Sulşeri təhqir edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Fransalı yarımmüdaiəçi Premyer Liqanın 9-cu turunda evdə "Liverpul"a 0:5 hesabı ilə uduzduqları görüşdən sonra Sulşerə qarşı təhqiramiz ifadələr işlədib. Çalışdırıcı 60-cı dəqiqədə qırmızı vərəqə alan 28 yaşlı oyunçuya iradını bildirərkən o, məşqçisinə qeyri-etik cavab verib. Poqba qırmızı vərəqəyə görə yalnız komanda yoldaşlarından üzr istəyib.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildən "qırmızı şeytanlar"da çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.