26 oktyabr 2021 15:23
832

PSJ Mbappenin əvəzləyicisini Avstriyada tapdı

Avstriya "Zalsburq"unun hücumçusu Karim Adeyemi PSJ-nin maraq dairəsinə düşüb.

"İki sahil" "AS"a istinadən xəbər verir ki, Paris klubu 19 yaşlı hücumçunu mövsümün sonunda azad agent kimi komandadan ayrılaraq "Real"a keçmək ehtimalı olan Kilian Mbappenin əvəzedicisi kimi nəzərdən keçirir. Alman hücumçu “Bavariya”, “Real”, “Atletiko” və “İnter”in də diqqət mərkəzindədir və onun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir .

Qeyd edək ki, Adeyemi bu mövsüm "Zalsburq"la bütün turnirlərdə 18 oyun keçirib və 14 qol vurub.