Şotlandiya millisinin, "Reyncers" və İngiltərənin "Everton" klubunun sabiq baş məşqçisi Valter Smit dünyasını dəyişib.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis 73 yaşında vəfat edib.
Qeyd edək ki, Valter Smit 1991 - 1998 və 2007 - 2011-ci illərdə "Reyncers"ə rəhbərlik edib. Smit bu komanda ilə 10 dəfə Şotlandiya çempionu olub. O, 2007/2008 mövsümündə klubu UEFA Kubokunun (hazırkı Avropa Liqası) finalına çıxarıb. Komanda həlledici görüşdə Rusiya "Zenit"inə 0:2 hesabı ilə uduzub.
2004 - 2007-ci illərdə Şotlandiya millisində işləmiş mütəxəssis 2006-cı ildə dünya çempionatının finalçısı Fransa üzərində 1:0 hesablı tarixi qələbə qazanıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar