"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşerlə bağlı yekun qərarını verib.
"İki sahil" "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul"a məğlubiyyətə (0:5) baxmayaraq, norveçli mütəxəssis vəzifəsində qalacaq.
Bildirilib ki, pis nəticələrə və mətbuatda Sulşerin istefası ilə bağlı çoxlu şayiələrə baxmayaraq, “qırmızı şeytanlar”ın rəhbərliyi onu istefaya göndərmək variantını hələ nəzərdən keçirmir. Bundan başqa “Mançester Yunayted”in Antonio Konte ilə təmasları barədə məlumatı saxta adlandırılıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar