PSJ-nin futbolçusu Serxio Ramos zədəsini tam sağaldıb.
"İki sahil" "Le Parisien"ə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi bu gün komanda ilə ümumi məşqlərdə iştirak edəcək. İspan oyunçunun Liqa-1-in 12-ci turunda oktyabrın 29-u keçiriləcək "Lill"ə matçda debüt edəcəyi gözlənilir.
Qeyd edək ki, Ramos yayda "Real"la müqaviləsi başa çatdıqdan sonra PSJ ilə müqavilə imzalayıb. Ancaq o, yeni klubunda hələ rəsmi debüt etməyib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar