FİFA-nın futbolun qlobal inkişafı şöbəsinin rəhbəri Arsen Venger Kriştiano Ronaldonun " Mançester Yunayted ə qayıtmasından danışıb.
“İki sahil” xəbər verir ki, o, "Metro"ya açıqlamasında deyib: “Mən deməzdim ki, bu, səhv idi. Amma təbii ki, müəyyən emosional məqam var idi. O, çox fantastik oyunçu idi.
İnanıram ki, Ronaldo hələ də komandaya lazım olan qolları vura bilər. O, hər zaman çox yüksək intensivliklə oyunlar oynayaraq bunu edə bilərmi? Bu gün təbii ki, xeyr. Amma unutmayaq ki, Kriştiano "Atalanta" ilə görüşdə qəhrəman olub. Belə oyunçu alanda sirr komandanın balansındadır. Ronaldo oyunlarda qələbə qazandırmağa qadirdir. Ancaq onun ətrafında oynayan heyət balanslı olmalıdır".
Qeyd edək ki, Ronaldo bu mövsüm Premyer Liqada 6 oyun keçirib və 3 qol vurub.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar