Ramil Şeydayev Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.
"İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın hücumçusunun yubileyi 8-ci turun “Səbail”lə səfər matçına (1:3) təsadüf edib. Onun ölkə çempionatında debütü 2017/18 mövsümündə gerçəkləşib. Fasilələrlə Premyer Liqada çıxış edən Ramil 50 matçda 8 qol vurub. O, iki klubun formasını geyinib.
“Qarabağ”da 22 oyuna 2 qol vuran forvard “Sabah”da 28 matçda 6 dəfə fərqlənib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar