Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.
Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, milli komanda üzvləri ilə görüşən F.Qayıbov onların məşq proseslərini izləyib, federasiyada yaradılmış şəraitlə maraqlanıb.
Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə qurumun fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, və gələcək planlar barədə məlumat verib.
Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar