Türkiyə Superliqasının 10-cu turunda “Sivasspor” – “Adana Demirspor” matçından sonra qəribə hadisə yaşanıb.
“İki sahil” xəbər verir ki, görüşün ardından jurnalistlər kütləvi halda “Adana Demirspor”un baş məşqçisi Vinçenso Montella üçün təşkil olunan mətbuat konfransını boykot ediblər. Buna səbəb komandanın qapıçısı Fərhat Topalın oyun zamanı top daşıyan bir uşağı və jurnalisti təhqir etməsi olub. Həmin mətbuat işçisi baş məşqçiyə bunu xatırladaraq, konfransı boykot etdiyini bildirib. Daha sonra digər jurnalistlər də həmkarlarına qoşulublar. Onlar konfrans zalını tərk ediblər.
Qeyd edək ki, sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar