Almaniyanın “Volfsburq” klubu baş məşqçi Mark van Bommel istefaya göndərilib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bundesliqada “Frayburq”a 0:2 hesablı məğlubiyyətdən sonra Bommellə yollar ayrılıb. “Volfsburq” Bundesliqada 13 xalla 9-cu sıradadır.
Qeyd edək ki, niderlandlı mütəxəssis bu ilin iyun ayından "Volfsburq"u çalışdırırdı.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar