25 oktyabr 2021 13:32
770

Ronaldo 0:5-i belə şərh etdi

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Premyer Liqanın 9-cu turunda "Liverpul"a uduzduqları matçı  şərh edib. 

“İki sahil” xəbər verir ki, 36 yaşlı hücumçu öz İnstaqram hesabında etdiyi paylaşımda yazıb: 

"Bəzən mübarizə aparırıq, amma istədiyimiz nəticəni qazana bilmirik. Bəzən uduzuruq. Bunun məsuliyyətini biz daşıyırıq. Azarkeşlərimizin dəstəyinə heyran qaldıq. Onlar hər şeyin ən yaxşısına layiqdirlər. Biz yaxşı nəticələr qazanmalıyıq. Artıq vaxt gəldi!"

Qeyd edək ki, dünən "Mançester Yunayted" öz meydanında "Liverpul"a ağır hesabla uduzub - 0:5.