25 oktyabr 2021 12:12
756

UEFA “Keşlə”yə sanksiya tətbiq edə bilər

“Keşlə” klubu sanksiya ilə üzləşə bilər.

“İki sahil” xəbər verir ki,  buna səbəb paytaxt təmsilçisinin sabiq futbolçusu Ruslan Qurbanova olan borcunu ödəməməsidir.

Azərbaycan millisinin sabiq futbolçusu özü də əməkdaşımızla söhbətdə xəbəri təsdiqləyib. 30 yaşlı hücumameyilli futbolçu bakılılara UEFA-dan bu barədə məktub daxil olacağını bildirib: “Keşlə” tezliklə UEFA-dan və vəkilimdən məktub alacaq. Bu klubun borclu olduğu hər gün mənim xeyrimə işləyir. Onlar hətta müqaviləmi də mənə vermədilər. Halbuki buna haqları yoxdur”.