İtaliya A Seriyasında IX turun mərkəzi görüşü "İnter" və "Yuventus" komandaları arasında keçirilib.
Milan şəhərindəki "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Edin Ceko açıb. 89-cu dəqiqədə isə qonaq komandadan Paulo Dibala penaltini dəqiq yerinə yetirərək, bərabərlik qolunu vurub. Referi Mauritsio Marianinin qərarına etiraz edən "nerazzurri"nin baş məşqçisi Simone İnzagi isə meydandan qovulub.
Bu nəticədən sonra "İnter" 18 xalla 3-cü, "Yuventus" 15 xalla 6-cı pillədə yer alıb.
"Report"
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar