23 oktyabr 2021 20:09
843

“Neftçi”dən əzmkar qələbə

Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Neftçi” “Bakcell Arena”da “Zirə”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsində Ağabala Ramazanov qonaqları hesabda önə çıxarsa da 39-cu dəqiqədə Sezar Meza Kollinin vurduğu qolla “ağ-qaralar” hesabı bərabərləşdirib. Mirabdulla Abbasovun 84-cü dəqiqədə vurduğu qolla “Neftçi”ni hesabda önə çıxarıb – 2-1. Qarşılaşma bu hesabla da başa çatdı.

23 oktyabr (şənbə)

18:15. “Neftçi” 2–1 “Zirə”

Qollar: Ağabala Ramazanov, 6 (0:1), Sezar Meza Kolli, 39 (1:1), Mirabdulla Abbasov, 84 (2:1)

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov

“Bakcell Arena”