23 oktyabr 2021 17:54
860

“Sabah” ilk qələbəsini qazandı

Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Sabah" "Sumqayıt"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində Murad Xaçayev qırmızı vərəqə alaraq komçandasını azlıqda qoyub.

Matçın 60-cı dəqiqəsində Fofana Tiemoko hesabı açaraq ev sahiblərini hesabda önə çıxarıb. Ceyhun Nuriyevin 79-cu dəqiqədə vurduğu qolla “Sabah” hesab arasındakı fərqi 2 topa çatdırıb.

23 oktyabr (şənbə)

16:00. “Sabah” 2–0 “Sumqayıt”

Qol: Fofana Tiemoko, 60, 83 Ceyhun Nuriyev, 79

Qırmızı vərəqə: Murad Xaçayev ("Sumqayıt")

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov

“Bank Respublika Arena”