24 oktyabr 2021 01:50
1182

Kuman: Qorxum yoxdur

"Bu, vacib oyundur. Düzgün yolda olduğumuzu göstərə bilərik və əlbəttə ki, nəticə önəmlidir. Qarşılaşmanın ilk dəqiqələrindən qorxmadan və qalib gəlmək istəyi ilə oynamalıyıq".

Bu sözləri "Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın 10-cu turunda "Real"la oyun öncəsi deyib.

"İnsanlar bizə inanırmı bilmirəm, amma şəxsən biz özümüzə inanırıq. "El-Klassiko"da aşkar favorit yoxdur. Amma biz evdə oynayırıq, orada insanlar bizi alqışlayacaqlar. Mənim heç bir qorxum yoxdur" -deyə o bildirib.

Xatırladaq ki, "Barselona" - "Real" matçı oktyabrın 24-də keçiriləcək.

Qol.az