24 oktyabr 2021 00:56
870

Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya göndərdi

Futzal üzrə Çempionlar Liqasının final mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

Azərbaycan çempionu həlledici mərhələ üçün 19 oyunçu sifariş verib.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli, Cavad Məmmədov

Müdafiəçilər: Rizvan Fərzəliyev, Amir Şojaei, Murilyo Borqes, Hadi Ahmadi, Oruc Baxşəlizadə

Hücumçular: Samir Həmzəyev, Namiq Məmmədkərimov, David Qustavo dos Santos, Ramiz Çovdarov, Maneka, İsa Atayev, Xətai Bağırov, Tofiq Mikayılov, Felipinyo, Nurlan Mehdizadə, Eşhaq Şoorqali

Qeyd edək ki, “Araz-Naxçıvan” 6-cı qrupda “Uraqan” (Ukrayna), "Liqeni" (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) ilə üz-üzə gələcək. Qrup matçları 28-31 oktyabrda Ukraynada keçiriləcək.

Qol.az