24 oktyabr 2021 02:25
1184

FİFA qalmaqallı oyunla bağlı qərarını açıqladı

DÇ-2022-nin seçmə mərhələsində yarımçıq dayandırılmış Albaniya - Polşa matçı (0:1) ilə bağlı qərar açıqlanıb.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, yerli azarkeşlərin davranşına görə Albaniya Futbol Federasiyası 150 min İsveçrə frankı (təqribən 163 min 755 dollar) məbləğində cərimələnib. Bundan başqa, yığma Andorraya qarşı seçmə mərhələnin sonuncu ev matçını azarkeşsiz keçirəcək.

Xatırladaq ki, Polşa ilə görüşün 77-ci dəqiqəsində qonaq komandanın futbolçusu Karol Sviderskinin vurduğu qoldan sonra yerli fanatlar meydana yad əşyalar atıblar. Nəticədə fransalı baş hakim Kleman Turpen komandaları paltardəyişmə otağına göndərib. Görüş daha sonra bərpa olunub.