Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin qarşılaşmaları keçirilib.
"İki sahil" xəbər verir ki, finala vəsiqə uğrunda Azərbaycan millisinin iki üzvü rinqə çıxıb. Boksçularımızdan Nicat Hüseynov (51 kq) rusiyalı Ruslan Pirov ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz Kamil Babayev (54 kq) də yarımfinalda gürcüstanlı Giorgi Sajaya ilə görüşdə uğur qazana bilməyib.
Nəticədə hər iki boksçumuz Avropa çempionatını bürünc medallarla başa vurub. Qitə çempionatında final görüşləri oktyabrın 23-də keçiriləcək.
Qeyd edək ki, millimiz Avropa çempionatına 9 boksçu ilə qatılıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar