İtaliya "Yuventus"unun futbolçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.
"İki sahil" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, oğrular birinci mərtəbədəki pəncərəni sındıraraq içəri daxil olublar.
Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalını bassa da, soyğunçular evdən müəyyən məbləğdə pul və qiymətli əşyalar götürərək qaça biliblər. Onlar argentinalı hücumçunun bahalı saat kolleksiyasını da oğurlayıblar.
Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"da çıxış edir.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar