“Səbail” qapıçı Şahin Zəkiyevlə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qolkiperlə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, Şahin Zəkiyev 2020-i ilin yanvar ayından "Səbail"də çıxış edirdi.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar