"Roma"nın baş məşqçisi Joze Mourinyonun baş məşqçilik karyerasında bir ilk yaşanıb.
“İki sahil” xəbər verir ki, bu, "Roma"nın Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Norveçin "Budo Qlimt" klubuna 1:6 hesabı ilə məğlub olduğu oyunda baş verib. İlk dəfə portuqaliyalı mütəxəssisin çalışdırdığı bir komanda qapısından 6 top buraxıb.
Qeyd edək ki, Joze Mourinyo məşqçilik karyerasına 2002-ci ildə başlayıb. 58 yaşlı mütəxəssis bu müddət ərzində "Benfika", "Uniao de Leyrya", "Porto", "Çelsi", "İnter", "Real", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb. Mourinyo baş məşqçi kimi 1008 matçda komandalarının başında olub.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar