22 oktyabr 2021 14:04
960

“Çelsi” Lukakunu itirdi

“Çelsi” hücumçusu Romelu Lukaku Çempionlar Liqasının qrup mərhələsində “Malmö” ilə oyunda zədələnib.

“İki sahil” xəbər verir ki, belçikalı forvard 4:0 hesabı ilə qalib gəldikləri matçın 23-cü dəqiqəsində ayağından xəsarət alaraq əvəzlənib.

Onun topuq əzələsinin dartıldığı açıqlanıb. Həkimlər 28 yaşlı futbolçunun 3 həftə kollektivdən uzaq qalacağını bildirib.

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm Premyer Liqada 7 oyuna çıxıb, 3 qol vurub.