UEFA Konfrans Liqasının rəsmi “tvitter” səhifəsi “Qarabağ”la bağlı növbəti dəfə paylaşım edib.
“İki sahil” xəbər verir ki, Avropa futbol qurumu Ağdam təmsilçisinin Bakıda Qazaxıstan “Kayrat”ına 2:1 hesabı ilə qalib gəldiyi qrup mərhələsinin üçüncü tur matçından fotolar yayımlanıb.

“Son dəqiqədə qalib gəlmək, bax, budur” başlıqlı paylaşımda “Qarabağ”ın H qrupunda məğlub olmadığı vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirəcəyi ilə bağlı sorğu yerləşdirilib.
Qeyd edək ki, “Qarabağ” 3 oyundan sonra 7 xalla qrupda ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi növbəti turda səfərdə “Kayrat” ilə qarşılaşacaq. Oyun noyabrın 4-də təşkil olunacaq.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar