İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasındakı rekordları barədə paylaşım edib.
“İki sahil” xəbər verir ki, portuqaliyalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində çıxış etdiyi 3 komandanın formasında kollaj hazırlatdırıb. "Mançester Yunayted"dən əlavə, İspaniya "Real Madrid"i və İtaliya "Yuventus"unda oynamış 36 yaşlı forvard fotoya rekordlarını da həkk etdirib: 179 matç, 137 qol, 5 qat qalib.
"Çempionlar Liqasının energetikası. Bu turniri sevirəm", - deyə o əlavə edib.
Qeyd edək ki, Kriştianu Ronaldo Çempionlar Liqasının III turunda İtaliya "Atalanta"sını 3:2 hesabı ilə yendikləri qarşılaşmada dubla imza atıb. Bununla da 3 oyundan 6 xal toplayan "Mançester Yunayted" F qrupunda 1-ci pilləyə yüksəlib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar