Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la qarşılaşan “Kayrat” Bakıdan Qazaxıstana qayıdanda qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, komandanı ölkəyə aparan hava gəmisi Almatı Hava Limanında avtomobillə toqquşub.
Yerli vaxtla səhər saat 7 radələrində baş verən fövqəladə hadisə zamanı “Renault” markalı avtomobil “FlyJet” şirkətinə məxsus təyyarənin altında qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır və bununla bağlı istintaq başladılıb. Toqquşmadan sonra sərnişinlər təcili təxliyəni gözləyərək bir saatdan çox təyyarədə qalıblar. Ölən və yaralanan yoxdur.
Qeyd edək ki, dünən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Kayrat” matçı Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar