La Liqanın 10-cu turunda keçiriləcək "Barselona" - "Real" oyunu üçün hakim təyinatları açıqlanıb.
"İki sahil" İspaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, matçın baş hakimi Xose Mariya Sançes Martines olacaq. Ona Raul Martines və Joze Qarsiya köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Joze Martines Montalban yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 24-ü keçiriləcək "El-Klassiko" Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar