"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann peyvənd olunmasına baxmayaraq, koronavirusa yoluxub.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin saytı məlumat yayıb. Karantində olan mütəxəssis tam sağalana qədər evdə qalacaq.
"Bavariya" dünən Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Benfika"ya 4:0 hesabı ilə qalib gəlib. Naqelsmannın Münhenə komandadan ayrı gedəcəyi bildirilib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar