“Atletiko”nun futbolçusu Antuan Qrizmannın atası Alen Qrizmann Çempionlar Liqası matçlarını idarə edən hakimlərdən şikayətlənib.
“İki sahil” xəbər verir ki, o, bu barədə öz İnstaqram hesabında paylaşım edib. Yarışın 3-cü turunda “Liverpul”la görüşün referisi Qrizmanna qırmızı vərəqə göstərib. “Milan”ın futbolçusu Zlatan İbrahimoviç isə “Portu” ilə qarşılaşmada oxşar qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılıb. Alen Qrizmann bunun ədalətsizlik olduğunu bildirərək yazıb:
“Zlatana o hərəkətinə görə sarı vərəqə göstərdilər. Bir dəstə təlxək isə Qrizmannı qırmızı vərəqə ilə cəzalandırdı”. Alen Qrizmann bir neçə dəqiqə sonra paylaşımını silib.
Qeyd edək ki, “Atletiko” “Liverpul”a 2:3 hesabı ilə, “Milan” isə “Portu”ya 0:1 hesabı ilə uduzub.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar