“Barselona” hücumçusu Ansu Fati ilə yeni müqaviləni rəsmiləşdirib.
“İki sahil” xəbər verir ki, 18 yaşlı forvard klub prezidenti Joan Laportanın iştirak etdiyi tədbirdə yeni sözləşməyə qol çəkib.
Kataloniya təmsilçisi də rəsmi saytı vasitəsilə Fatinin 2027-ci ilin yayına qədər müqavilə imzaladığını açıqlayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro olaraq təyin edilib.
Qeyd edək ki, “Barselona” bir müddət əvvəl digər yetirməsi Pedri ilə eyni şərtlərlə yeni müqavilə imzalayıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar