21 oktyabr 2021 10:26
951

Ronaldodan ÇL-də yeni rekord

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, 36 yaşlı hücumçu buna ötən gecə turnirin qrup mərhələsinin 3-cü turunda "Atalanta" ilə görüşdə (3:2) nail olub. O, rəqib qapısına yol tapmaqla Çempionlar Liqasında 38 müxtəlif komandaya qol vurmağı bacarıb. Bununla da portuqaliyalı oyunçu bu göstəricidə yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, 3-cü turda PSJ-nin futbolçusu Lionel Messi "Leyptsiq"lə matçda fərqlənərək ÇL-də qol vurduğu komandaların sayını 37-yə çatdırmışdı.