"Biz heç-heçə üçün gəlməməmişik. Sabahkı matçda bizə mütləq qələbə lazımdır".
“İki sahil” xəbər verir ki, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin lll tur oyunundan əvvəl mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis oyun taktikası barədə danışmaq istəmədiyini söyləyib: "Sabahkı oyun maraqlı olacaq. "Qarabağ"ın Azərbaycan klubları arasında lider olduğunu bilirik. Bu rəqiblə görüşlə ümidlə baxırıq".
Berdıyev təcrübəli futbolçu Vaqner Lavın durumuna aydınlıq gətirib: "Bazel"lə görüşdə zədələnib və bu səbəbdən cəmi 2-3 məşqə qatılıb. Onun sabah meydana çıxmaq şansı var".
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar