Rusiya "Lokomotiv"inin yeni baş məşqçisi Markus Gisdol Türkiyənin "Qalatasaray" komandasına rəhbərlik edən Fatih Terim barədə danışıb.
“İki sahil” xəbər verir ki, 52 yaşlı mütəxəssis rəqib həmkarını tanıdığını bildirib.
Gisdol türkiyəli baş məşqçinin dəst-xəttinin komandada hiss olunduğunu vurğulayıb: "Mən onu tülkü baş məşqçi adlandırardım. "Qalatasaray" taktiki cəhətdən intizamlı komandadır. Cinahlarda çox sürətli oyunçuları var, pressinqdən yaxşı çıxır, hücuma çox təhlükəli atılırlar. Terim bizə bir neçə rebus və teorem verəcək ki, onları da tapmağımız lazımdır".
Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Lokomotiv" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar