"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" (Qazaxıstan) Ağdam təmsilçisi ilə matç üçün Bakıya yola düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl zədə səbəbindən görüşü buraxacağı açıqlanan Vaqner Lav da komandası ilə birgə paytaxtımıza üz tutub. Həkimlər 37 yaşlı hücumçunun matçda iştirak etməsinə icazə veriblər.
Lakin komandanın bombardiri Artur Şuşenaçev (12 qol) zədələnib. Onun matçda oynayıb-oynamayacağı məlum deyil.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar