İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano dünya tarixinin ən yaxşıları hesab etdiyi beş futbolçunun adını açıqlayıb.
“Kriştianu Ronaldu – tarixin ən yaxşı futbolçusudur? O, heç ən yaxşı beşliyə də daxil deyil.
Mənim üçün ən yaxşı futbolçular Messi, Pele, Maradona, Kroyf və Ronaldodur (braziliyalı).
Bunlar başqa səviyyədə fenomenlərdir. Əgər siyahıda kimisə dəyişməli olsam, Marko van Basteni əlavə edərdim”, - deyə A.Kassano bildirib.
Oxu.Az
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar