Avropada 2021/22 mövsümündə ölkə çempionatını məğlubiyyətsiz davam etdirən yüksək liqa klublarının adları müəyyənləşib.
“İki sahil” xəbər verir ki, daxili birincilikdə 5 və daha çox oyun keçirib, uduzmayan komanda sayı 29-dur.
Ölkəsinin məğlubedilməzləri sırasında Azərbaycan klubu “Qarabağ” da yer alır. Premyer Liqamızın geridə qalan 7 turunda yenilməz olan ağdamlılar yalnız 2 görüşdə heç-heçə ilə kifayətlənməli olub.
Avropanın bəzi ölkələrində mövsüm artıq yekunlaşmaq üzrədir. Onlardan isə yalnız birində - Farer adalarında lider komandanın kürəyini yerə vuran tapılmayıb. “Klaksvik” keçirdiyi 24 matçın 22-də qalib gəlib, 2-də rəqibləri ilə “sülh” bağlayıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar