19 oktyabr 2021 16:16
730

Namik Ələskərov "Bursaspor"da ən faydalı 2-ci futbolçudur

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunda cari mövsümdə vurulan qollara ən çox töhfə vermiş ikinci oyunçudur.

“İki sahil” xəbər verir ki, aktivində 3 məhsuldar ötürmə olan 26 yaşlı yarımmüdafiəçi yalnız Massimo Brunodan geri qalır.

Belçikalı vinger indiyədək 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.