“Qarşıda çox vacib oyunlarımız olacaq. “Qarabağ”a qarşı səfərdə oynadıqdan sonra, “Astana”ya qarşı ev oyunu və ölkə kubokunda cavab matçına çıxacağıq. Bu görüşlərin hamısı çətindir. Bütün futbolçular oynamaq istəyir və hər kəsin fiziki və emosional gücə sahib olmasını gözləyir. Şəxsən mən əvvəlki ayaq biləyindəki zədədən tez bir zamanda sağalmağı səbirsizliklə gözləyirəm. İynə vurmaq məcburiyyətində qaldım, buna görə də iştirak etdiyim son matçlarda fiziki və texniki cəhətdən bütün gücümü verə bilmədim".
“İki sahil” xəbər verir ki, bu sözləri "Kayrat"ın futbolçusu Vaqner Lav Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyun öncəsi vesti.kz saytına müsahibəsində deyib.
O, Konfrans Liqasında yer aldıqları qrupda keyfiyyətli komandaların olduğunu vurğulayıb: "Artıq "Omoniya" və "Bazel"ə qarşı oynamışıq. İndi "Qarabağ" a qarşı növbəti səfər matçımız var. Növbəti mərhələyə keçmək asan olmayacaq, amma bunun mümkün olmadığını deyə bilmərəm".
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının 3-cü turunda oktyabrın 21-də "Kayrat"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar