19 oktyabr 2021 12:34
597

"Qarabağ" - "Kayrat" oyunu ukraynalı hakimə tapşırılıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Qazaxıstan "Kayrat"ı arasında keçiriləcək oyunun hakimləri bəlli olub.

“İki sahil” xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Yevgeni Aranovskiyə Semyon Şlonçak və Andrey Skripka laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.