İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano tarixin ən yaxşı beş futbolçusunun siyahısını tərtib edib.
"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, o, siyahıya Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu daxil etməyib: "Kriştiano Ronaldo tarixin ən yaxşı oyunçusudur? Mənə görə ilk beşliyə belə daxil deyil. Mənim üçün Lionel Messi, Pele, Maradona, Kroyf və Ronaldo (braziliyalı - red.) fərqli səviyyəli fenomenlərdir. Siyahıdakı birini dəyişdirməli olsaydım, Marko van Basteni qoyardım".
Xatırladaq ki, K.Ronaldo dünyanın ən yaxşı futbolçusu kimi 5 dəfə "Qızıl top"u qazanıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar