İngiltərənin “Mançester Yunayted” klubunun serbiyalı yarımmüdafiəçisi Nemanya Matiç gələn yay “Barcelona” klubuna keçə bilər.
“İki sahil” xəbər verir ki, Kataloniya klubu mərkəz xəttini gücləndirməkdə maraqlıdır. “Barcelona” 33 yaşlı yarımmüdafiəçini gələn il güzəştli qiymətə almaq istəyir. Belə ki, serbiyalı futbolçunun “Mançester Yunayted”lə müqaviləsinin müddətinin bitməsinə bir il qalacaq.
Kataloniyalılar üçün Matiçin maaşı da məqbuldur.
Qeyd edək ki, Matiç 2017-ci ildə “Çelsi”dən 44,7 milyon avroya “Mançester Yunayted” klubuna keçib. Onun klubla müqaviləsi 30 iyun 2023 -cü ilə qədərdir.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar