Beynəlxalq Olimpiya Komitəsi (IOC) FIFA-nın dünya çempionatını 2 ildən bir keçirmək ideyasına qarşı çıxıb.
Qurum bunun gələcəkdə ciddi problemlərə yol açacağından narahatlığını ifadə edib.
Bildirilib ki, mundialın 2 illik intervalla təşkili digər idman yarışları ilə toqquşmaya səbəb olacaq: "Bu, digər idman növlərinin müxtəlifliyini və inkişafını baltalayacaq. Kişilər arasında yarışların artması qadın futbolunun təbliğinə çətinliklər yaradacaq. Təqvimdəki intensivlik oyunçuların fiziki və zehni sağlamlığına daha çox təzyiq göstərəcək".
Qeyd edək ki, FIFA-nın sözügedən məsələni bu ilin dekabrında quruma üzv olan milli assosiasiyalar arasında səsverməyə çıxaracağı gözlənilir.
"Report"
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar