14 oktyabr 2021 10:40
845

"Kayrat" klubunda qalmaqal

Qazaxıstanın "Kayrat" komandasının baş məşqçisi Kurban Berdıyevlə oyunçular arasında narazılıq yaşanıb.

“İki sahil” xəbər verir ki, oyunçular 69 yaşlı mütəxəssisdən daha çox şey gözləyirlər.

Onlar baş məşqçinin müdafiə futbolu oynatmasını qəbul edə bilmirlər. Futbolçular hətta autsayderlərlə görüşlərdə də belə oyun üslubunun seçilməsindən narazı qalıblar.

Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma oktyabrın 21-də gerçəkləşəcək.