İtalyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama ilə gündəmə gəlib.
"İki sahil" Offsideplus-a istinadən xəbər verir ki, 58 yaşlı baş məşqçi Lionel Messinin milli komandadakı karyerası barədə bunları deyib:
"Messi Latviya, Andorra, Ermənistan, Lüksembuq, Qətər, Farer Adaları, Estoniya,Azərbaycan və ya Macarıstan kimi ölkələrlə qarşılaşsaydı, milli komandada 150 qol vurardı".
Qeyd edək ki, Messi Argentina millisi ilə 153 maçta 79 qol vurub.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib